“Qorbaçov cəzasını almalıdır” - Allahşükür Paşazadə

14:24 20.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"20 Yanvar şəhidləri müstəqilliyimizin, yolunda öz canlarını qurban veriblər".

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

 O qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə xalqımızın birliyi dəmir yumruğa çevrildi və şəhidlərimizin qisası alındı:

"Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandı. Bu qələbənin qədrini bilməliyik".

Şeyxülislam deyib ki, 20 Yanvar qırğınının baiskarları, o cümlədən Mixail Qorbaçov cəzasını almalıdır.